RU

Əfsanəvi futbolçu 21 yaşlı Arda Gülərlə bağlı elə sözlər dedi ki...

“Real Madrid” klubunun əfsanəvi futbolçularından olan Quti Arda Güləri özünə bənzədib və onun haqqında tərif dolu açıqlamalar verib.

Musavat.com-un xəbərinə görə, Quti iştirak etdiyi verilişlərin birində bildirib ki, Arda da onun kimi çətin dövrlərdə tənqidlərə məruz qalır:

“Arda Gülər mənim sevimli oyunçularımdan biridir. “Real Madrid”dəki oyun üslubu mənim üslubumu xatırladır. Yaxşı oynadığı zaman hamı onu tərifləyir, amma çətin anlarda tənqid olunur - mənim “Real Madrid”də yaşadıqlarım kimi. Fərqli dövrlərdə oxşar talelər yaşamışıq”.

Quti Ardaya tövsiyə də verib:

“Ona demək istəyirəm ki, işləməyə və özünə inanmağa davam etsin. Çünki inanılmaz istedada sahibdir. Futbolda hər şeyi edə bilər”.

Qeyd edək ki, Arda Gülər ​​bu mövsüm “Real Madrid”in heyətində 44 matçda meydana çıxıb, 4 qol vurub, 13 məhsuldar ötürmə edib.

Musavat.com

Избранный
74
3
musavat.com

4Источники