AZ

Əfsanəvi futbolçu Arda Gülərlə bağlı elə sözlər dedi ki...

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Real Madrid" klubunun əfsanəvi futbolçularından olan Quti Arda Güləri özünə bənzədib və onun haqqında tərif dolu açıqlamalar verib.

Milli.Az-ın xəbərinə görə, Quti iştirak etdiyi verilişlərin birində bildirib ki, Arda da onun kimi çətin dövrlərdə tənqidlərə məruz qalır:

"Arda Gülər mənim sevimli oyunçularımdan biridir. "Real Madrid"dəki oyun üslubu mənim üslubumu xatırladır. Yaxşı oynadığı zaman hamı onu tərifləyir, amma çətin anlarda tənqid olunur - mənim "Real Madrid"də yaşadıqlarım kimi. Fərqli dövrlərdə oxşar talelər yaşamışıq".

Quti Ardaya tövsiyə də verib:

"Ona demək istəyirəm ki, işləməyə və özünə inanmağa davam etsin. Çünki inanılmaz istedada sahibdir. Futbolda hər şeyi edə bilər".

Qeyd edək ki, Arda Gülər ​​bu mövsüm "Real Madrid"in heyətində 44 matçda meydana çıxıb, 4 qol vurub, 13 məhsuldar ötürmə edib. /Musavat.com

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
3
news.milli.az

4Mənbələr