RU

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumuna sədrlik edəcək

Paris, 21 mart, AZƏRTAC

Azərbaycan 2025-2026-cı illər üzrə Beynəlxalq Nəqliyyat Forumuna (ITF), eləcə də 2026-cı il mayda Almaniyanın Leypsiq şəhərində keçiriləcək sammitə sədrlik edəcək.

AZƏRTAC xəbər verir ki, dünyanın nəqliyyat nazirlərinin ən böyük toplantısına hazırlıq çərçivəsində ITF-nin baş katibi Yanq Ta Kim Fransaya səfəri zamanı Azərbaycanın bu ölkədəki səfiri Leyla Abdullayeva ilə görüşüb.

Görüş zamanı Yang Ta Kim Azərbaycanın Forum çərçivəsində həyata keçirdiyi sədrlik fəaliyyətini yüksək qiymətləndirib. O, xüsusilə Azərbaycan tərəfindən hazırlanmış və sammit zamanı Nəqliyyat Nazirləri Şurasına təqdim ediləcək iki siyasət tövsiyəsini vurğulayıb.

Öz növbəsində Leyla Abdullayeva ITF-in nəqliyyat siyasəti sahəsində qlobal platforma kimi mühüm rolunu qeyd edib. O bildirib ki, Forum xüsusilə təchizat zəncirlərinin rəqəmsallaşdırılması və əlaqələndirilməsinin inkişafında mühüm əhəmiyyət kəsb edir.

Səfir, həmçinin Azərbaycanın Orta Dəhliz üzrə həyata keçirdiyi təşəbbüslərin bu istiqamətdə mühüm rol oynadığını vurğulayıb və ölkəmizin sədrliyi dövründə ITF-in qlobal nəqliyyat dialoqunda aparıcı mövqeyinin daha da gücləndirilməsinə tam dəstək verdiyini ifadə edib.

İTF-nin baş katibi Novruz bayramı münasibətilə Azərbaycan xalqına və bu bayramı qeyd edən bütün xalqlara təbriklərini çatdırıb.

 

Избранный
113
3
azertag.az

4Источники