RU

45 yaşdan sonra qapını döyən bəla: Səbəbi boşqabınızda axtarın

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Müntəzəm müayinələr sayəsində kolon xərçəngini erkən mərhələdə aşkar etmək mümkündür. Dosent Mürşid Dinçer bildirir ki, bu xəstəlik çox vaxt bağırsaqdakı xoşxassəli poliplərin zamanla bədxassəli şişlərə çevrilməsi ilə inkişaf edir. Poliplərin xərçəngə çevrilməsi uzun illər çəkdiyi üçün profilaktik yoxlanışlar zamanı həmin törəmələri vaxtında kəsib götürməklə xəstəliyin qarşısını almaq olar.Demokrat.az-ın məlumatına görə son dövrlərdə 50 yaşdan aşağı insanlarda kolon xərçənginə yoluxma hallarının artması müşahidə olunur. Bu artımın əsas səbəbləri kimi qeyri-sağlam qidalanma, emal edilmiş ət məhsullarına üstünlük verilməsi, lifli qidaların azlığı və hərəkətsiz həyat tərzi göstərilir. Artıq çəki və bağırsaq mikroflorasındakı dəyişikliklər də risk faktorları sırasındadır.Ailəsində kolon xərçəngi olan şəxslər üçün xüsusi yanaşma tələb olunur. Normal risk qrupundakı insanlar üçün tarama proqramlarına 45 yaşından başlamaq tövsiyə edilsə də, irsi meylliyi olanlar daha diqqətli olmalıdır. Qaydaya görə, ailə üzvünə neçə yaşında xərçəng diaqnozu qoyulubsa, övladları ondan 10 il əvvəl müayinələrə başlamalıdır. Məsələn, valideyn 50 yaşında bu xəstəliyə tutulubsa, övladı 40 yaşından etibarən kolonoskopiya və digər testlərdən keçməlidir.Qidalanma vərdişləri bağırsaq sağlamlığında həlledici rol oynayır. Tərəvəzlər, tam taxıl məhsulları və paxlalılar bağırsaq sistemini qoruyur. Əksinə, kolbasa, sosiska kimi işlənmiş məhsullar və həddindən artıq qırmızı ət istehlakı xərçəng riskini artırır. Siqaret və alkoqoldan uzaq durmaq, fiziki aktivliyi artırmaq xəstəlikdən qorunmağın effektiv yollarından hesab olunur.Müasir tibdə tətbiq edilən laparoskopik və robotik cərhiyyə üsulları kolon xərçənginin müalicəsində yüksək nəticələr verir. Kiçik kəsiklərlə icra olunan bu əməliyyatlar xəstələrin qısa müddətdə normal həyata dönməsinə şərait yaradır. Erkən diaqnoz qoyulduqda müalicənin uğur şansı xeyli yüksəlir və xəstənin həyatı xilas olur.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
74
demokrat.az

1Источники