RU

Qüds şokda: Ağlama Divarı yaxınlığında raket zərbəsi

Qüdsdə yəhudilər üçün müqəddəs sayılan Ağlama Divarı yaxınlığında raket zərbəsinin baş verdiyini əks etdirən görüntülər yayılıb.

Musavat.com xəbər verir ki, hadisə gündüz saatlarında baş verib və kadrlarda zərbənin əraziyə çox yaxın məsafədə endiyi aydın görünür.

Yayılan videolarda raketin düşməsindən dərhal sonra ərazidə geniş toz və tüstü buludunun yüksəldiyi müşahidə olunur. Hadisə anı açıq-aydın görünür və ətrafın zərbədən sonra toz dumanı ilə örtüldüyü diqqət çəkir.

İlkin məlumatlara görə, zərbə Ağlama Divarına olduqca yaxın məsafədə baş verib.

 

Musavat.com

Избранный
130
9
musavat.com

10Источники