AZ

İran İsrailin ən böyük elektrik stansiyasını VURDU - VİDEO

İran raketi İsrailin Hedera şəhərindəki ən böyük elektrik stansiyasının yaxınlığında düşüb.

Musavat.com xəbər verir ki, bu stansiya İsrailin ümumi enerji sisteminin 20-25 faizini təmin edən strateji əhəmiyyətli müəssisədir.

Raketin düşdüyü ərazidə güclü yanğın başlayıb və stansiyanın üzərini qatı tüstü dumanı bürüyüb.

Sosial şəbəkələrdə yayılan video görüntülərdə partlayış anı və ardınca baş verən güclü tüstülənmə aydın şəkildə əks olunub.

İsrail Elektrik Korporasiyası (IEC) məsələ ilə bağlı rəsmi bəyanat yayaraq bildirib ki, raket obyektin yaxınlığındakı açıq əraziyə düşüb.

Məlumatda stansiyanın kritik infrastrukturuna ziyan dəymədiyi, hadisə nəticəsində ölən və yaralananların olmadığı vurğulanıb.

Musavat.com

Seçilən
2
46
musavat.com

10Mənbələr