Musavat.com xəbər verir ki, Rusiyanın paytaxtı Moskva və Sankt-Peterburq şəhərlərində Ramazan bayramı kütləvi şəkildə qeyd olunub.
Məlumata görə, hər iki şəhərdə minlərlə müsəlman bayram namazında iştirak etmək üçün küçələrə çıxıb. Kütləvi iştirak səbəbindən bəzi ərazilərdə nəqliyyatın hərəkəti tamamilə dayanıb.
Bildirilib ki, bayram münasibətilə keçirilən ümumi ibadətlər şəhərin bir sıra küçə və prospektlərində sıxlıq yaradıb. Xüsusilə məscidlərin ətrafında və ibadət məkanlarına yaxın ərazilərdə insan axını daha çox müşahidə olunub.
Musavat.com