RU

​Dünyanın ən güclü xüsusi təyinatlıları KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2026‑cı ilin ən güclü xüsusi əməliyyat qüvvələri barədə Global Firepower təşkilatı tərəfindən hazırlanan hesabat beynəlxalq hərbi ekspertlər arasında geniş müzakirə olunur.

KONKRET.az xəbər verir ki, hesabata görə, ABŞ-nin Navy SEALs və Delta Force xüsusi təyinatlı qüvvələri dünyanın ən elit bölmələridir. Onlar həm quru, həm də dəniz və hava əməliyyatlarında üstün bacarıqlara malikdirlər. Venesuela lideri Nikolas Maduronun çevik əməliyyatla saxlanılaraq ABŞ-yə aparılmasından sonra Delta Force xüsusi təyinatlı qüvvələrinin nüfuzu daha da artıb.

İkinci sırada Böyük Britaniyanın SAS & SBS qüvvələri yer alır. Bu birliklər girov xilasetmə və xüsusi sızma əməliyyatlarında dünya səviyyəsində tanınır. Üçüncü pillədə Rusiya-Spetsnaz qərarlaşıb. Onlar çətin coğrafi şəraitdə keçirdikləri əməliyyatlarla məşhurdur.

Siyahıda dördüncü yerdə Türkiyənin elit Bordo bereliləri gəlir. Bu birliklər Suriya və İraq kimi bölgələrdə terrora qarşı mübarizə və strateji sızma əməliyyatlarında yüksək uğur qazanıblar.

İlk beşlik İsrail-Shayetet 13 qüvvələri ilə tamamlanır.

Bu siyahı müxtəlif ölkələrin təhlükəsizlik strategiyalarında xüsusi əməliyyat qüvvələrinin nə qədər əhəmiyyətli rol oynadığını bir daha göstərir.\\metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
39
2
konkret.az

8Источники