RU

Premyer Liqa: “Neftçi”dən “İmişli”yə 6 cavabsız qol – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun gününün sonuncu qarşılaşması Bakıda baş tutub.

“Neftçi” doğma meydanda “İmişli”ni sınağa çəkib. “Neftçi Arena”da baş tutmuş matçın baş hakimi Tural Qurbanov olub. “Ağ-qaralar” 3 xalı 6 cavabsız qolla qazanıblar.

Premyer Liqa
25-ci tur
20 mart

“Neftçi” – “İmişli” 6:0
Qollar: Breno Almeyda, 12. İmad Faraj, 15; 50. Emil Səfərov, 19; 60. Emin Mahmudov, 54.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Neftçi Arena”, 19:15.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 17. Murad Xaçayev, 7. Emil Səfərov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 33. Breno Almeyda, 70. Andrey Ştoqrin, 11. İmad Faraj, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 27. Kristian Kostin, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 3. Tuncay Yusifli, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 79. Dioqo Kardoso, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 21. Abbas Ağazadə, 90. Riad Abbaszadə, 97. Xəzər Mahmudov, 47. Orxan Fərəcov, 5. İdris İnqilablı, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov.
Baş məşqçi: Xorxe Kaskilya.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
43
7
arena.az

10Источники