AZ

Xorxe Kaskilya 0:6-ya görə azarkeşlərdən üzr istədi – ARENA.AZ

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Neftçi”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü İmişli təmsilçisinin 0:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Nəticəyə görə azarkeşlərimizdən üzr istəyirəm. Bütün günahı, cavabdehliyi öz üzərimə götürürəm. Əlbəttə, məntiqli olaraq əhvalımız pisdir. “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm.

Hazırda çətin dövrdən keçirik. İki oyunda 11 qol buraxmışıq. Bir az gözlənilməzdir. Əslində, komandanın psixoloji durumu yaxşı idi. Bu qədər qol buraxacağımızı gözləmirdik. İki oyunun göstəricisi odur ki, biz erkən qollar buraxdıqdan sonra komanda emosional cəhətdən özünü itirir. “Sabah” və “Neftçi” kimi yüksək səviyyəli komandalar isə bundan istifadə edirlər. Buna baxmayaraq, futbolçularım əllərindən gələni edirlər. Bu, elə mövsümün əvvəlində müsbət nəticələri qazanan futbolçulardır. Mübarizəmiz sonadək davam edəcək. Qarşıdakı fasilənin bizə xeyiri olacaq. Komanda bu cür məğlubiyyətlərdən sonra psixoloji olaraq özünə gələ biləcək.

Premyer Liqada qalacağımıza dair heç vaxt şübhəm olmayıb. Biz toparlanacağıq, bərpa olacağıq və öz məqsədlərimizə doğru gedəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
40
10
arena.az

10Mənbələr