RU

Deputat Nəsib Məhəməliyev bayramı seçiciləri ilə birlikdə keçirib



Balakən rayonunda bayram ab-havası seçicilərlə birgə yaşandı. Hörmətli millət vəkili Nəsib Məhəməliyev bu gün hər iki bayram münasibətilə balakənliləri səmimi şəkildə təbrik edərək, onların sevincini bölüşdü.

Newscenter.az xəbər verir ki, Şambul kəndində keçirilən görüşdə millət vəkili seçicilərlə bir araya gələrək onların gündəlik həyatla bağlı problemlərini dinlədi. Vətəndaşların qaldırdığı məsələlərdən dərhal həll olunması mümkün olanlar yerindəcə həll edildi. Zaman tələb edən və aidiyyatı qurumların müdaxiləsini tələb edən problemlərin isə mütləq şəkildə müvafiq instansiyalar qarşısında qaldırılacağına söz verdi.

Görüş zamanı sakinlər millət vəkilinin diqqət və qayğısını yüksək qiymətləndirərək, onların yanında olmasından məmnunluqlarını ifadə etdilər. Bayram günündə seçicilərlə birgə olmaq, onların sevincini paylaşmaq və eyni zamanda problemlərinə həll yolları tapmaq millət vəkili ilə xalq arasında səmimi ünsiyyətin bariz nümunəsi oldu.


Süleyman
Избранный
70
1
newscenter.az

2Источники