RU

Əvəzedicilər Liqasında iki oyuna 12 qol – ARENA.AZ

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 21-ci turun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Zirə-2” – “Araz-Naxçıvan-2” matçında meydan sahibləri qələbə qazanıblar. Yeddi qolluq “Şamaxı-2” – “Sumqayıt-2” görüşü isə qonaqların qələbəsiylə yekunlaşıb.

21-ci turun qalan görüşləri martın 22-də keçiriləcək.

Əvəzedicilər Liqası
21-ci tur
20 mart

“Zirə-2” – “Araz-Naxçıvan-2” 4:1
Qollar: Nurhan Abdıyev, 51-pen. Elmar Məmmədov, 80; 90+4. İslam Nəcəfli, 89-pen – Fərid Tağıyev, 85.
Hakimlər: Niyaz Əhmədov, Sevda Nuriyeva, Zakir Şükürzadə, Fəridə Lütfəliyeva.
Haki-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 13:00.

“Şamaxı-2” – “Sumqayıt-2” 2:5
Qollar: Məmməd Əhmədov, 5. Nihat Mehralıyev, 89 – Elgün İsaqov, 14; 58. Əjdər Hacılı, 63; 85. Arif İsrafilbəyov, 86.
Hakimlər: Maqsud Şamıyev, Rasim Axundov, Asif Abdullayev, Samir Musayev.
Haki-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu, 15:00.

21 mart

“Qarabağ-2” – “Sabah-2”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Xəlil Xəlilov.
Haki-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu, 14:00.

“Turan Tovuz-2” – “Neftçi-2”
Hakimlər: Ruslan Quliyev, Ağadur Mahmudov, Elvin Mədətov, Sərxan İsmayılov.
Haki-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

22 mart

“Kəpəz-2” – “Qəbələ-2”
Hakimlər: Elçin Abdullayev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rüfət Əhmədov.
Haki-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
68
7
arena.az

10Источники