RU

Stadionların qapısına qıfıl vurulsun - Bizə azarkeş lazım deyil

Gecə-gündüz çağırış edirik ki, klublar azarkeşləri stadionlara gəlməyə təşviq etməlidir.

Digər tərəfdən isə AFFA İntizam Komitəsi çıxardığı qərarlarla olub-qalan tamaşaçıları da pərən-pərən salmaqdadır.

Verdiyi ağır cərimələr ilə.

Fanatlar açdığı pankarta görə klub cərimə edilir...

Azarkeşlər söyüş söyür klub cərimə edilir...

Fanatlar fakel yandırır klub cərimə edilir...

Bircə qalıb nəfəsə almağa görə də cərimə kəsilsin.

Bu qədəri olmaz axı...

Biz də söyüşə, xüliqanlığa qarşıyıq.

Amma siz də anlayın, başa düşün ki, stadion mədəniyyət evi deyil, təhsil ocağı deyil.

Burada emosiya var.

Dünyanın hər yerində belədir.

Azarkeşlərin fakel yandırmasından, bəstələr oxumasından, hakimlərə və rəqibin ünvanına xoşagəlməz sözlər işlətməsindən təbii ola bilər?

Rəqabət də belə şeylərlə yaranır.

Tribunlarda azarkeşlərin sayının artması belə şeylərdən keçir.

Əks halda, stadionların qapısına qıfıl vuraq.

Klublar cəzadan azad olsun, azarkeşlər də incidilməkdən.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
47
sportinfo.az

1Источники