RU

"Qarabağ" "Kəpəz"ə uduzdu

Misli Premyer Liqasında XXV turunda "Kəpəz" "Qarabağ"ı qəbul edib.


Manset.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matç gəncəlilərin 1:0 hesablı qələbəsi ilə bitib.

Qolu 45-ci dəqiqədə Fərid Nəbiyev vurub.

Bununla da, "köhlən atlar" cari mövsümdə Azər Bağırovun rəhbərlik etdiyi kollektivə ikinci dəfə uduzub. Daha əvvəl XVII turda "Kəpəz" səfərdə Ağdam komandasını (2:0) üstələmişdi.

Rəqiblərindən bir oyun az keçirməklə 52 xalı olan "Qarabağ" 62 xalla liderliyi əlində saxlayan "Sabah"ın ardınca turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

"Kəpəz" 21 xalla 10-cu sıradadır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" "Karvan-Yevlax"ı (1:0), "Sabah" isə "Sumqayıt"ı (3:1) məğlub edib.

Избранный
46
7
manset.az

10Источники