AZ

Premyer Liqa: "Qarabağ" cari mövsümdə ikinci dəfə "Kəpəz"ə uduzub

Misli Premyer Liqasının XXV turunda "Kəpəz" "Qarabağ"ı qəbul edib.

Moderator.az-ın məlumatına görə, Yevlax şəhər stadionunda baş tutan matç gəncəlilərin 1:0 hesablı qələbəsi ilə bitib.

Qolu 45-ci dəqiqədə Fərid Nəbiyev vurub.

Bununla da "köhlən atlar" cari mövsümdə Azər Bağırovun rəhbərlik etdiyi kollektivə ikinci dəfə uduzub. Daha əvvəl, XVII turda "Kəpəz" səfərdə Qurban Qurbanovun komandasını 2:0 hesabı ilə üstələmişdi.

Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" (52 xal) lider "Sabah"ın (62 xal) ardınca turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

"Kəpəz" 21 xalla 10-cu sıradadır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" "Karvan-Yevlax"ı (1:0), "Sabah" isə "Sumqayıt"ı (3:1) məğlub edib.

Seçilən
57
3
moderator.az

10Mənbələr