RU

Lalə Məmmədovanın qızları ilə bağlı istəyi

"Özüm üçün format yaratmışam. Bir yemək və həyat tərzim var. Əvvəldən yağlı, duzlu, kremli yeməkləri sevmirəm. Amma ürəyim istəyəndə yeyirəm. Şəkərdən imtina etmişəm. Amma ürəyim çəkir, yeyirəm".

Bu sözləri Əməkdar artist Lalə Məmmədova "Qonaqcanlı" verilişində deyib.

Müğənni formada qalma sirlərini bölüşüb:

"Deyirlər, çörəyi iyləyib qoyuram yerə. Allahın bərəkətidir, mən çörək iyləmirəm. Qədərində yeyirəm, gündə 2 dəfə qidalanıram. Əgər mən şəkərbura istəyirəmsə, niyə onu günün birinci yarısı yeməyim? Hərəkət edəcəyəm və çıxıb gedəcək. Saat 7-dən sonra yemirəm".

Qızlarından danışan Lalə Məmmədova övladlarının müğənni olmasını istəmədiyini bildirib:

"Qızım ikinci kursda oxuyur. O biri qızımın isə 12 yaşı var. Qızlarımın istedadı var, amma istəyirəm başqa sahədə olsunlar. Mən uşaq olanda musiqili verilişlər axtarırdım, oturub "Leyli və Məcnun"u əzbərləyirdim. Uşaqlarımda bu istedadı görmürəm".

Qeyd edək ki, ifaçının Nərgiz və Çinarə adlı iki qız övladı var.  (Axşam.az)

Избранный
52
3
musavat.com

4Источники