RU

Enerji böhranı dərinləşir: İtaliya Azərbaycanı seçir

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Reuters”in məlumatına görə, bunu İtaliyanın enerji naziri Gilberto Piketto Fratin bildirib. Nazirin sözlərinə görə, İranın Qətərin qaz infrastrukturuna endirdiyi zərbələr tədarük zəncirində ciddi fasilələrə səbəb olub. Fratin əlavə edib ki, İtaliya yaranmış vəziyyətə baxmayaraq, Avropa İttifaqı ilə birlikdə Rusiyadan qaz idxalına qayıtmağı planlaşdırmır. Məlumata görə, İtaliya alternativ tədarük marşrutları çərçivəsində ABŞ, Azərbaycan və Əlcəzairlə təmaslarını davam etdirir. QatarEnergy şirkətinin məlumatına əsasən, hücumlar nəticəsində ölkənin LNG ixrac gücünün təxminən 17 faizi sıradan çıxıb. Bu isə illik təxminən 20 milyard dollar həcmində itki riski yaradır və Avropa ilə Asiya bazarlarına tədarükləri təhlükə altına qoyur.

Röya Əliyeva

AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
54
1
azvision.az

2Источники