RU

"Kəpəz" "Qarabağ"a, "Neftçi" "İmişli"yə qarşı

Misli Premyer Liqasında 25-ci tur davam edir.

Hit.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə "Kəpəz" "Qarabağ"ı qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq. Bu komandalar arasında 1-ci dövrədəki oyunda "Qarabağ", 2-ci dövrədəki matçında isə "Kəpəz" qələbə qazanıb.

 

Digər oyunda isə "Neftçi" evdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 19:15-də start götürəcək. Sözügedən komadaların 1-ci dövrədəki dueli heç-heçə ilə, 2-ci dövrədəki qarşılaşması isə "İmişli"nin qələbəsi ilə yekunlaşıb.

 

20 mart (cümə)

 

15:00. “Kəpəz” – “Qarabağ” 

 

Yevlax şəhər stadionu

 

19:15. “Neftçi” - “İmişli"

 

“Palms Sports Arena”

 

21 mart (şənbə)

 

16:00. “Turan Tovuz” – “Qəbələ”

 

18 mart (çərşənbə)

 

“Şamaxı” – “Araz-Naxçıvan” - 0:1

 

19 mart (cümə axşamı)

 

“Sabah” – “Sumqayıt” - 3:1

 

“Karvan-Yevlax” – “Zirə” - 0:1 

Избранный
53
50
hit.az

10Источники