RU

Diabetdən qorunmağın ən sadə YOLU

Yeni bir elmi araşdırma yuxu müddəti ilə insulin müqaviməti, diabet və digər metabolik xəstəliklər arasındakı əlaqəni ortaya çıxarıb.

Bizim.Media xəbər verir ki, " BMJ Open Diabetes Research & Care" jurnalında dərc olunan tədqiqatda təxminən 23 min insanın məlumatları təhlil edilib.
 

Tədqiqatda insulin müqaviməti ilə yuxu arasındakı əlaqə xüsusi olaraq araşdırılıb. 
Nəticələrə görə, Tip 2 diabet riskini azaltmaq üçün hər gecə təxminən 7 saat 19 dəqiqə yuxu ideal hesab olunur.


Bundan əlavə, həftə içi kifayət qədər yatmayan şəxslərin həftə sonu əlavə 1–2 saat daha çox yatmasının insulinə həssaslığı yaxşılaşdırdığı müəyyən edilib.

Bizim.Media

Избранный
54
2
bizim.media

3Источники