RU

⁠Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanıldı

BAKI, 20 mart. TELEQRAF

Martın 19-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

⁠Axtarışda olduğuna görə ümumilikdə 224, o cümlədən borclu şəxs qismində axtarışda olan 179 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⁠Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Избранный
63
14
teleqraf.com

10Источники