AZ

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Martın 19-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

"Cebheinfo.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olan ümumilikdə 224, o cümlədən borclu şəxs qismində axtarışda olan 179 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

"Cebheinfo.az"

Seçilən
19
49
cebheinfo.az

10Mənbələr