RU

“Yaxın dostumu itirdim” - Allahşükür Paşazadə

Allahşükür Paşazadə Gürcüstanın katolikos-patriarx II İlyanın dəfnində iştirak edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, uzun illər İlya ilə dostluq edib:

"O daim mənim yanımda olub. Martın 22-də dəfndə iştirak edəcəyəm. Böyük şəxsiyyət idi. Azərbaycanın və mənim dostum idi. Dəfələrlə olub ki, Ermənistan məsələsində mənim yanımda olub. Yaxın dostumu itirdim".


Telegram kanalımız
Избранный
99
6
yenisabah.az

7Источники