RU

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Xəbər verdiyimiz kimi, dünən İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İsmayıllıda baş verən qəza ilə bağlı TƏBİB-dən Bizim.Media-nın Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki,19.03.2026-cı il tarixində saat 23:30 radələrində İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2 kişi, 2 qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 

MÖVZU İLƏ BAĞLI: 

İsmayıllıda AĞIR QƏZA – Ölən və yaralılar var – FOTO


1997-ci il təvəllüdlü (qadın), 1988-ci il təvəllüdlü (qadın), 2000-ci il təvəllüdlü (kişi) şəxslərə bədənin çoxsaylı travmaları, başın təpə nahiyəsinin əzilmiş, kəsilmiş yarası diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
1991-ci il təvəllüdlü (kişi) şəxsə dəqiqləşdirilməmiş kəllə beyin travması, koma diaqnozu təyin olunub.

Göstərilən bütün zəruri tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 00:08 radələrində şəxsin bioloji ölüm faktı qeydə alınıb. 

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə təhvil verilib.

Xatırladaq ki, İsmayıllıda Hyundai və VAZ 21099 markalı minik avtomobillərinin toqquşması nəticəsində VAZ-ın sürücüsü 35 yaşlı Ayaz Mirzəyev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Bizim.Media, Aran bürosu

Избранный
48
3
bizim.media

4Источники