RU

Misli Premyer Liqası: “Qarabağ” “Kəpəz”lə, “Neftçi” “İmişli” ilə qarşı-qarşıya

Bu gün Azərbaycan Premyer Liqasında XXV turun növbəti oyunları keçiriləcək.

Moderator.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Kəpəz” “Qarabağ”ı qəbul edəcək.
Yevlax şəhər stadionunda baş tutacaq oyunu baş hakim Əli Əliyev idarə edəcək. Hazırda Azər Bağırovun komandası 18 xalla turnir cədvəlinin 10-cu, Qurban Qurbanovun kollektivi isə 52 xalla 2-ci pilləsində yer alıb.

Günün digər görüşündə “Neftçi” “İmişli”ni qəbul edəcək. “Palms Sports Arena”da keçiriləcək qarşılaşmanı FIFA referisi Tural Qurbanov idarə edəcək.

Hazırda Yuri Vernidubun komandası 34 xalla turnir cədvəlinin 6-cı, Jorj Kaşkilyanın kollektivi isə 22 xalla 9-cu pillədə yer alır.

Azərbaycan Premyer Liqası,
XXV tur
15:00. “Kəpəz” – “Qarabağ”

Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
Yevlax şəhər stadionu

19:15. “Neftçi” - “İmişli”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Palms Sports Arena”

Qeyd edək ki, turun daha öncə baş tutan oyunlarında “Araz-Naxçıvan” səfərdə “Şamaxı”nı, “Zirə” “Karvan-Yevlax”ı 1:0, “Sabah” isə evdə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. Tura martın 21-də yekun vurulacaq.

Избранный
79
50
moderator.az

10Источники