RU

Şuşada bahar təravətli bayram konserti

Şuşada

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Novruz bayramı münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində möhtəşəm konsert proqramı təqdim olunub.AZƏRTAC-ın bölgə müxbirinin verdiyi xəbərə istinadən Ulusum.az bildirir ki, bayram konserti həm sakinlər, həm də qonaqlar üçün unudulmaz anlarla yadda qalıb. Novruzu doğma yurdlarında qarşılayan şuşalıların sevinci və yüksək əhval-ruhiyyəsi bayram ab-havasını daha da səmimi edib.Konsert proqramında Xalq artisti Nazpəri Dostəliyevanın, müğənnilər Azad Şabanovun, Namiq Qasımovun, həmçinin şuşalı musiqiçilərin, məktəblilərin ifasında səslənən milli musiqilər, xalq mahnıları və bahar təranələri tamaşaçılarda xoş təəssürat yaradıb. Rəngarəng musiqi nömrələri Novruzun sevinc və birlik ruhunu tərənnüm edərək, Şuşanın mədəni həyatının dirçəlişini bir daha nümayiş etdirib.ŞuşadaUlusum.az

Diqqət Çəkənlər

30 manatlıq cərimənin səbəbi nədir?

Prezident MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolunu TƏSDİQLƏDİ

Qazaxıstanda monoqalaların sayı 19-a düşdü: Ekibastuz monoqala statusundan çıxarıldı

Избранный
10
1
ulusum.az

2Источники