AZ

Şuşada bahar təravətli bayram konserti

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Şuşa, 19 mart, AZƏRTAC

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Novruz bayramı münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində möhtəşəm konsert proqramı təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram konserti həm sakinlər, həm də qonaqlar üçün unudulmaz anlarla yadda qalıb. Novruzu doğma yurdlarında qarşılayan şuşalıların sevinci və yüksək əhval-ruhiyyəsi bayram ab-havasını daha da səmimi edib.

Konsert proqramında Xalq artisti Nazpəri Dostəliyevanın, müğənnilər Azad Şabanovun, Namiq Qasımovun, həmçinin şuşalı musiqiçilərin, məktəblilərin ifasında səslənən milli musiqilər, xalq mahnıları və bahar təranələri tamaşaçılarda xoş təəssürat yaradıb. Rəngarəng musiqi nömrələri Novruzun sevinc və birlik ruhunu tərənnüm edərək, Şuşanın mədəni həyatının dirçəlişini bir daha nümayiş etdirib.

Müxbir – Tahir Ağaməmmədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
1
azertag.az

2Mənbələr