RU

ABŞ Yaxın Şərq ölkələrinə 23 milyard dollarlıq silah satışını təsdiqləyib

Bakı, 20 mart, AZƏRTAC

ABŞ administrasiyası Yaxın Şərqdəki müttəfiqlərinə ümumilikdə 23 milyard dollar dəyərində silah satışını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, paketə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və İordaniyaya hərbi texnika tədarükü daxildir. ABŞ Dövlət Departamenti daha əvvəl BƏƏ üçün hava hücumundan müdafiə sistemləri və bombalar, həmçinin Küveyt üçün müvafiq avadanlıqlar daxil olmaqla 16 milyard dollarlıq satışın təsdiqləndiyini açıqlamışdı.

Nəşr mənbələrə istinadla bildirir ki, qeyd olunan məbləğdən əlavə, ABŞ administrasiyası BƏƏ-yə təxminən 7 milyard dollar dəyərində silah satışını da təsdiqləyib. Bu paketə təxminən 5,6 milyard dollar dəyərində “Patriot” sistemləri üçün PAC-3 raketləri, eləcə də təxminən 1,32 milyard dollar dəyərində “CH-47 Chinook” helikopterləri daxildir.

Həmçinin vurğulanır ki, ABŞ administrasiyası bəzi iri hərbi texnika tədarükünü Konqresin təsdiqindən yan keçirmək üçün silah nəzarəti qanunvericiliyində nəzərdə tutulan fövqəladə hallar mexanizmlərindən istifadə edir. Bu çərçivədə, o cümlədən Terminal Yüksək Hündürlük Ərazi Müdafiəsi raketdən müdafiə sistemi üçün təxminən 4,5 milyard dollar dəyərində avadanlığın tədarükü həyata keçirilib.

Избранный
77
3
azertag.az

8Источники