RU

ABŞ yanacaq ixracını məhdudlaşdırmaq niyyətində deyil

ABŞ digər ölkələrə neft və qaz tədarükünü məhdudlaşdırmağı planlaşdırmır.

"Far.Az"un məlumatına görə, bunu ABŞ-nin energetika katibi Kris Rayt "X" sosial şəbəkəsində bildirib.

"ABŞ administrasiyasının neft və qaz ixracına məhdudiyyətlər qoymaq planı yoxdur", - o, ABŞ-nin dünyanın ən böyük neft və təbii qaz istehsalçısı olduğunu qeyd edərək yazıb.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının yaratdığı enerji böhranı yanacaq ixracına mümkün məhdudiyyətlər barədə fərziyyələri artırıb.

ABŞ-də avtomobil yanacağının qiyməti kəskin şəkildə artaraq, son iki il yarımda ən yüksək səviyyəyə çatıb. AAA Avtomobil Assosiasiyasının məlumatına görə, ölkədə orta qiymət 18 martda bir qallon üçün 3,84 dolları keçib. ABŞ və İsrailin İrana hücumlarından (28 fevral) əvvəl istehlakçılar təxminən 2,98 dollar ödəyirdilər. Hazırkı qiymətlər 2023-cü ilin sentyabrından bəri ən yüksəkdir.

Избранный
88
far.az

1Источники