RU

SEPAH təlaş içində: ABŞ İrana yeni bombardmançı təyyarələr göndərir

ABŞ-yə məxsus iki ədəd “B-52H Stratofortress” strateji bombardmançı təyyarəsi Böyük Britaniyadakı Fairford Hərbi Hava Qüvvələri bazasından havaya qalxaraq İran istiqamətində missiya yerinə yetirmək üçün yola düşüb.

Bu barədə BBC məlumat yayıb.

Məlumata görə, təyyarələr 900 kilometrədək mənzilli 24 ədəd “AGM-158 JASSM-ER” qanadlı raketlə təchiz olunub. Bu isə İran ərazisinin dərinliklərində yerləşən hədəflərə qarşı gecə zərbələrinin hazırlana biləcəyini göstərir.

Cümə axşamı günü daha əvvəl iki ədəd “B-1B Lancer” strateji bombardmançı təyyarəsi də Fairford Hərbi Hava Qüvvələri bazasından İran istiqamətində yola düşüb. “Flightradar24” onların İsrail, İordaniya və Körfəzdə Səudiyyə Ərəbistanı sahilləri üzərində uçuşlarını qeydə alıb.

Hər bir B-1B təyyarəsi 20 kilometrədək mənzilli 24 ədəd GBU-31 Birgə Hücum Bombası daşıya bilir. Bu sursatlar İranın mühüm hədəflərinə, xüsusilə möhkəmləndirilmiş ballistik raketlərin yerləşdirilməsi, saxlanması və istehsal sahələrinə qarşı istifadə oluna bilər.

Избранный
56
4
aznews.az

5Источники