RU

Dünya ulduzu geyimi ilə MÜZAKİRƏ YARATDI - VİDEO

Məşhur aktrisa Megan Fox yenə də geyim seçimi ilə diqqət mərkəzinə düşüb.

Milli.Az-ın xarici mediaya istinadən yaydığı məlumata görə, sənətçi Jay-Z və Beyonsenin təşkil etdiyi after-party tədbirinə olduqca cəsarətli obrazda qatılıb. O, qara rəngli, mini ölçülü və diqqətçəkən donu ilə gecəyə damğa vurub.

Aktrisanın sinə hissəsində krujeva detalları olan geyimi onun dekoltesini ön plana çıxarıb. Dizdən yuxarı şəffaf corablar, jartiyer detallar və parlaq platforma ayaqqabılar isə obrazına "Hollivud cazibəsi" qatıb.

39 yaşlı aktrisa yaxın zamanda sosial şəbəkə platforması Instagrama qayıdaraq paylaşdığı cəsarətli fotolarla da gündəm olmuşdu. Gecədə onun dalğalı formada düzülmüş uzun qara saçları, dar gün eynəkləri və boyun aksesuarı görünüşünü tamamlayan əsas detallar sırasında yer alıb.

Bundan əlavə, fransız manikürü və tutqun tonlarda makiyaj sənətçinin ümumi obrazına xüsusi zəriflik qataraq diqqətləri üzərinə çəkib.

Musa
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
122
1
milli.az

2Источники