Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır.
“Yeni Sabah” xəbər verir ki, Azərbaycanda Ramazan ayı fevralın 19-da başlayıb.
Martın 8-i (Ramazanın 18-i), 10-u (Ramazanın 20-ci günü), 12-i (Ramazanın 22-ci günü) və 16-da (Ramazanın 26-cı günü) Qədr (Əhya) gecələri olub.
Hər il olduğu kimi, bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq.
Xatırladaq ki, martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab olunur. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri – 27 və 30 mart da qeyri-iş günləri olacaq.
Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləri olacaq.
Telegram kanalımız