RU

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukrayna milli komandasının və “Everton”un futbolçusu Vitali Mikolenko karyerasını Türkiyədə davam etdirə bilər. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş” sol cinah müdafiəçisi üçün hərəkətə keçib.

"Qara qartallar" mövsümün sonunda Mikolenkonu heyətinə qatmağı planlaşdırır. Onun İngiltərə klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Vitali buna qədər “Dinamo”(Kiyev) klubunda oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
46
1
bizim.media

3Источники