RU

“Sabah” “Sumqayıt”ı məğlub edərək liderliyini möhkəmləndirdi

Misli Premyer Liqasının XXV turunda lider “Sabah” növbəti qələbəsini qazanıb.

90deqiqe.Az xəbər verir ki, “Bank Respublika Arena”da “Sumqayıt”ı qəbul edən Bakı klubu 3:1 hesabı ilə üstün olub. Ev sahibi komandada qolları Kahim Parris (24), Coy-Lens Mikels (49) və Velko Simiç (70) vurub. Qonaqların heyətində isə Nsana Simon (90+1) fərqlənib.

Xallarının sayını 62-yə çatdıran “Sabah” turnir cədvəlində vahid liderdir. “Sumqayıt” isə 32 xalla yeddinci pillədə qərarlaşıb.

Turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Şamaxı”ya 1:0, “Zirə” isə “Karvan-Yevlax”a 1:0 hesabı ilə qalib gəlib.

Избранный
41
4
90deqiqe.az

10Источники