RU

BƏƏ bu gün 7 ballistik raketi və 15 PUA-nı zərərsizləşdirib

Qahirə, 19 mart, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə (HHM) sistemləri İrana məxsus 7 ballistik raket və 15 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

AZƏRTAC xəbər verir ki, bu, BƏƏ-nin Müdafiə Nazirliyinin məlumatında əks olunur.

Qeyd olunur ki, İranın hücumlarının başlamasından bəri BƏƏ HHM sistemləri 334 ballistik raketi, 15 qanadlı raketi və 1714 PUA-nı zərərsizləşdirib. Bu hücumlar zamanı iki hərbçi və altı mülki şəxs həlak olub, eləcə də 158 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Избранный
58
2
azertag.az

3Источники