RU

“Nə? Harada? Nə zaman?” verilişində bu detal narazılıq yaratdı Açıqlama

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İctimai TV-də yayımlanan “Nə? Harada? Nə zaman?” proqramının rus dilində efirə getməsi sosial şəbəkələrdə yenidən narazılıq yaradıb. İctimaiyyət dövlət kanalında verilişin xarici dildə yayımlanmasını tənqid edir, məsələ dil və milli kimlik kontekstində müzakirə olunur. Tənqidçilər bildirirlər ki, bu, dövlət dilinə laqeydlikdir və ölkədə intellektual seqmentin rusdillilərdən ibarət olduğu təəssüratı yaradır.

Digər tərəfdən, bəzi ekspertlər verilişin formatı və tarixi təcrübəsini nəzərə alaraq onun bu qaydada yayımlanmasının məqsədəuyğun olduğunu vurğulayırlar.

Globalinfo.az-a danışan media eksperti, professor Qulu Məhərrəmli deyib ki, “Nə? Harada? Nə zaman?” verilişi müəyyən tarixi təcrübəsi və təsir dairəsi olan intellektual proqramdır və rus dilində yayımlanmasını başa düşmək olar:

“Çünki bu proqramla məşğul olan müəyyən bir qrup rusdillidir. Amma veriliş ana dilində alt yazılarla təqdim olunur, buna görə proqramda nə gedirsə, onu başa düşmək olur. Bu baxımdan hesab etmirəm ki, veriliş kimlərisə qıcıqlandırır və ya milli kimliyə təsir göstərir. Bu, elədir ki, biz hansısa yaxşı rus musiqisini dinləyirik, amma onun Azərbaycan televiziyasında neqativ təsiri yoxdur. Ona görə belə müqayisələr aparmaq düzgün deyil”.

Q.Məhərrəmli əlavə edib ki, veriliş səviyyəli və maraqlıdır:

“Mövcud intellektual veriliş zaman-zaman mənim qarşıma çıxanda həmişə baxıram. Hesab edirəm ki, teleməkanda gedən ən yaxşı, faydalı və maraqlı verilişlərdən biridir. Ona görə belə yaxşı proqramları gözdən salmaq düzgün deyil”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
84
globalinfo.az

1Источники