RU

Zelenskinin seçki "kozr”ı bəlli oldu

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Avropa İttifaqına üzvlüyünü mümkün seçkilər üçün əsas siyasi üstünlük kimi istifadə edir.

Publika.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” nəşri yazıb.

“Zelenski üçün Ukraynanın Aİ-yə üzvlüyü seçkilərə inamla getmək üçün böyük siyasi kozrdır”, - deyə məqalədə qeyd olunub.

Bildirilir ki, sülh razılaşmasını Ukrayna cəmiyyətinə böyük qələbə kimi təqdim etmək Zelenski üçün çətin ola bilər. Bu səbəbdən Aİ-yə üzvlük perspektivi daha aydın və qəbul edilən uğur kimi göstərilir.

Qeyd edək ki, Zelenski bundan əvvəl Avropa İttifaqı ölkələrinin Macarıstan tərəfindən qoyulan vetonu aşaraq Kiyevə ayrılması planlaşdırılan 90 milyard avroluq kreditin blokdan çıxarılacağına ümid etdiyini bildirib.

Избранный
105
publika.az

1Источники