RU

Cahangir Cahangirov adına Xor kollektivinin növbəti konserti

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 19 mart, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor kollektivinin “Ay qadası” adlı konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konsertdə sevilən və illərdir dillər əzbəri olan xalq mahnılarımız səslənib.

Proqramda “Aman kəklik”, “Ay gözəl”, “Gözəlim sənsən”, “Gül açdı”, “Gedək gəzək bağçada” və digər mahnılar yer alıb.

Cahangir Cahangirov adına Xor kollektivinin bədii rəhbəri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifovadır.

Tədbirin aparıcısı Saleh Bağırov olub.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xor kollektivinin bu il 90 yaşı tamam olur. İl ərzində təşkil edilən konsertlər də orkestrin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı çərçivəsində reallaşır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
1
azertag.az

2Источники