RU

ABB-nin istiqrazlarına 500-dən çox investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) 10 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 100 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə 2 tranşda yerləşdirilib. Hər bir tranş 5 milyon manat olmaqla 1 il və 2 il müddətinə nəzərdə tutulub. Onların illik gəlirliliyi müvafiq olaraq 10 % və 11 % təşkil edib. 1-ci tranşa 226 investor 5 milyon manatlıq 258 sifariş, 2-ci tranşa isə 277 investor 5 milyon manatlıq 329 sifariş təqdim edib. Beləliklə, ümumi investor sayı 503 olub. Yerləşdirmə tam baş tutub. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Избранный
80
1
far.az

2Источники