RU

Xocalıda bayram konserti

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xocalı, 19 mart, AZƏRTAC

Martın 19-da Xocalı şəhərində Ramazan və Novruz bayramları münasibətilə konsert olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhərin mərkəzi parkında təşkil olunan bayram tədbirində Xocalı şəhərinə, eləcə də rayonun kəndlərinə köç edən sakinlər iştirak ediblər. Bayram tədbirində yerli sənətçilər tərəfindən musiqilər ifa olunub. Konsert proqramı çərçivəsində şagirdlər də səhnəyə çıxaraq, rəngarəng çıxışlar ediblər. Onların təqdim etdiyi səhnəciklər və milli ruhda ifalar tədbirə xüsusi rəng qatıb. Milli adət-ənənələrə uyğun şəkildə təşkil olunan bayram şənliyində Novruzun rəmzləri nümayiş etdirilib.

Qeyd edək ki, bayram tədbiri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil olunub.

Müxbir – Tahir Ağaməmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
84
2
azertag.az

2Источники