RU

Britaniya hərbi dəniz qüvvələri Yaxın Şərqə gəmi göndərməyi düşünmür

ain.az, Azertag portalına istinadən məlumat yayır.

London, 19 mart, AZƏRTAC

Böyük Britaniyanın hərbi dəniz qüvvələri Yaxın Şərqdə vəziyyətin çox dəyişkən olması səbəbindən regiona hərbi gəmilər göndərmək niyyətində deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə müdafiə rəsmiləri “The Telegraph” qəzetinə açıqlamalarında bildiriblər.

Qeyd olunub ki, onlar İranın Britaniya hərbi gəmilərini gəmiəleyhinə qanadlı raketlər, ballistik raketlər və kamikadze dronlarla hədəf ala biləcəyindən narahatdır.

Yüksək rütbəli müdafiə mənbəsi bildirib: “Hazırda vəziyyət son dərəcə dəyişkəndir. Bu şəraitdə bir çox ölkənin hərbi gəmilərini belə təhlükəli zonaya göndərməyə hazır olacağını düşünmürəm”.

Məlumata görə, Britaniya hərbi nümayəndələri Hörmüz boğazının yenidən açılması yollarını müzakirə etmək üçün ABŞ-a göndəriliblər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
90
3
azertag.az

4Источники