Bakı, 19 mart, AZƏRTAC
Novruz yenilənmə və birlik rəmzi olan bahar bayramıdır. Hər birimizin uşaqlıq illərində bu bayramı necə qeyd etdiyimiz ilə bağlı unudulmaz xatirələrimiz var. Bəs tanınmış insanlar onu necə xatırlayırlar?
AZƏRTAC-ın “Bir sual-bir cavab” layihəsi çərçivəsində tanınmış şəxsiyyətlər Novruz bayramı ilə əlaqədar ən parlaq xatirələrini bölüşürlər. Məhz bu hekayələrin sayəsində əziz bayramın ab-havasını və sevincli anlarını yenidən hiss etmək mümkündür.
Layihəmizin növbəti qonağı tanınmış rusiyalı jurnalist, Bakının yetirməsi Mixail Qusmandır.