İrandakı Buşehr Atom Elektrik Stansiyasına zərbələrin qarşısı alınmalıdır
Redaktor.az xəbər verir ki, bu barədə Rosatomun baş direktoru Aleksey Lixaçev məlumat bildirib.
O qeyd edib ki, Yaxın Şərqdə münaqişədə olan ölkələrin liderləri Buşehr Atom Elektrik Stansiyasına zərbələrin qarşısını almaq üçün mümkün olan hər şeyi etməlidirlər.
"Əgər bir hadisə baş verərsə, bu, minimal dərəcədə regional miqyasda olacaq və Yaxın Şərqdəki çox sayda ölkəyə təsir edəcək. Buşehrdə ciddi bir qəza baş verərsə, münaqişə tərəflərindən heç biri radiasiyaya məruz qalmaqdan qaçmayacaq", - deyə Lixaçev izah edib.
Aminə ŞAHSUVARQIZI