RU

Kapitan üçün “Turan Tovuz”da yolun sonu

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Əliyev mövsümün sonunda "Turan Tovuz"dan ayrılmağa yaxındır. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 33 yaşlı müdafiəçi baş məşqçi Kurban Berdıyevin gələcək planlarına daxil deyil.O, cari mövsümdə Berdıyevin etimadını qazana bilməyib. Əliyev Premyer Liqada cəmi 3 matçda (111 dəqiqə) meydana çıxa bilib. Avrokuboklara vəsiqə qazanacağı təqdirdə daha güclü heyət formalaşdırmaq istəyən baş məşqçi oynamayan futbolçuların komandada qalmasının istəmir. Qeyd edək ki, 2022-ci ildən Tovuz təmsilçisinin formasını geyinən Şəhriyar Əliyevin müqaviləsi mövsümün sonunda başa çatır. O, hazırda komandanın kapitanıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
101
31
sport24.az

10Источники