RU

İslahatlar başlayır: dövlət qulluqçularının gəliri necə dəyişəcək?- ÖZƏL

" Dövlət qulluğunda olan işçilərin əmək haqqı sistemlərimin təkmilləşdirilməsi məqsədi ilə keçiriləcək islahatlar Milli Məclisin "Dövlət qulluğu haqqında" qanuna və digər qanunvericilik aktlarına əlavə etdiyi dəyişikliklərə nəzərən həyata keçiriləcək. Qanuna əlavə və dəyişikliklər Milli Məclis tərəfindən artıq təsdiq olunub və dövlət başçısı tərəfindən təsdiq edildikdən sonra hüquqi çəkiyə malik olacaq. Qanuna dəyişikliklər əmək haqqı sisteminin sadələşdirilməsi, bu sistemdə şəffaflığın təmin edilməsi, başlıcası isə dövlət qulluqçularının sabit əmək haqqı ilə təmin edilməsi zərurəti ilə izah olunur. Onun icrası mülahizələrə görə bu sahədə korrupsiya hallarının qarşısının alınmasına töhfə verəcək".
Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib:
"Düşünürük ki, sabit əmək haqqı  dövlət qulluqçusunun sosial müdafiə ilə bağlı ehtiyaclarının tam mənada ödənilməsinə təminat vermir, zira bazar iqtisadiyatı şəraitində inflyasiya qaçılmaz haldır, daxili siyasətin effektiv və səmərəliliyi belə ondan qaçmağa və ya sığortalanmağa əsas vermir, idxalat əməliyyatlarında yaşanan hadisələrə beynəlxalq aləmdə konvertə olunan valyutanın durumu bir qayda olaraq ciddi təsir göstərir, ölkəmiz isə ərzaq məhsullarının 76%-ni xaricdən idxal hesabına gətirir. Bundan əlavə sənaye, tibb, kənd təsərrüfatı məhsullarının ölkə xaricindən gətirilməsi, yanacağın qiymətində olan artımlar və sairə nəhayət müharibə və münaqişələr idxal əməliyyatlarında qiymətlərə təsir göstərir. Bu konteksdə dövlət qulluqçularının sosial müdafiəsi sabit əmək haqqı ilə müqayisədə inflyasiyanın göstəricilərindən asılı olaraq əmək haqlarının vaxtında və səmərəli şəkildə yüksəldilməsindən daha çox asılıdır. Görünür nəticə yönümlü əmək hazırkı iqtisadi durumda sahibkarlar və dövlət üçün prioritet əhəmiyyət kəsb etdiyindən bu dəyişikliklərə ehtiyac yaranıb. Düşünürük ki, bu sahədə dövlətin üzərinə düşən əsas missiya ÜDM-un vətəndaşlar arasında sosial ədalət prinsiplərinə nəzərən bölünməsini daha səmərəli şəkildə təmin etməkdən ibarətdir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
17
olaylar.az

1Источники