RU

Trampdan SENSASİON XƏBƏRDARLIQ – ABŞ NATO-dan çıxır?

İran müharibəsi NATO daxilində kəskin ziddiyyətlərin olduğunu bütün çılpaqlığı ilə üzə çıxardı. Görünən odur ki, qurum daxilində ABŞ-la digər üzvlər arasında yaşanan kəskin fikir ayrılıqları onlara vahid mövqedən çıxış etməyə imkan vermir.

Bunun nəticəsidir ki, ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı məsələdə NATO-dan dəstək istəməsinə, qurumun digər üzvləri “yox” cavabını verib. Bu isə Trampı kəskin şəkildə qəzəbləndirib.

Aydın məsələdir ki, Tramp yaranmış bu vəziyyətə səssiz qalmayacaq. Fürsət düşən kimi müttəfiqlərinə qarşı yenidən qəzəb püskürəcək. Hətta mövcud vəziyyət Tramp tərəfindən NATO ilə bağlı daha kəskin addımların atılmasına da rəvac verə bilər.

Müttəfiqlərin xəyanəti fonunda ABŞ NATO-nu tərk edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Əziz Əlibəyli ABŞ-ın alyansı tərk edəcəyini real saymasa da, Trampın müharibədən sonra NATO ilə bağlı strategiyasını dəyişəcəyini düşünür:

“Böyük ehtimalla İran müharibəsindən sonra, ABŞ-NATO münasibətləri müəyyən siyasi düzəlişlərə uğrayacaq. Bütün hallarda münasibətlər əvvəlki kimi olmayacaq. NATO-ya üzv ölkələrin 5-ci maddə daxil olmaqla müəyyən öhdəlikləri var. Amma təhlükə alyansa üzv ölkələrin öz sərhədləri daxilində baş vermirsə, onlar özlərini kənar coğrafiyalarda baş verən savaşlara qatılmaqda borclu hesab etmirlər.

Hər halda NATO üzrə müttəfiqlərin ABŞ-a hərbi dəstək verməməsinin ciddi nəticələri olacaq. Onu da qeyd edim ki, NATO-ya üzv ölkələr əslində iki qrupa bölünür-aparıcı ölkələr və ikinci qrupda olan ölkələr. Belə vəziyyətdə NATO-ABŞ münasibətlərində düzəlişlərin olması qaçılmazdır”.

Rüfət Sultan, Bizim.Media     

Избранный
44
1
bizim.media

2Источники