RU

Növbəti köç karvanları Xocavənd şəhərinə və Xocalının Xanabad kəndinə çatıb - VİDEO - YENİLƏNİB-1

Xocalının Xanabad kəndinə növbəti köç həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, bu mərhələdə Xocalı rayonunun Xanabad kəndinə 89 nəfərdən ibarət 12 ailə qayıdıb.
Xanabad kəndində sakinlərə yeni evlərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, onlarl təbrik edib, doğma torpaqlarda xoşbəxt və firavan həyat arzulayıb.S.Qəhrəmanov bildirib ki, azad edilmiş ərazilərə mərhələli şəkildə köç prosesi uğurla davam etdirilir.

İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, müasir infrastruktur yaradılır, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün hər cür şərait təmin olunur.

***

12.38

Növbəti köç karvanları Xocavənd şəhərinə və Xocalının Xanabad kəndinə çatıb.

APA-nın xəbərinə görə, bu mərhələdə Xocavənd şəhərinə 46 ailə (177 nəfər), Xanabad kəndinə isə 19 ailə (89 nəfər) köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***

06.30

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanı yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd şəhərinə 46 ailə (177 nəfər), Xanabad kəndinə isə 19 ailə (89 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti
Избранный
58
10
apa.az

10Источники