RU

BANM də bayram festivalı: milli və dini dəyərlərin vəhdəti

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 mart, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) Novruz festivalı keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Elmar Qasımov bayram münasibətilə tələbə və əməkdaşları təbrik edib, onlara yeni uğurlar və firavan günlər arzulayıb. Bu il Novruz və Ramazan bayramının eyni günə təsadüf etdiyini vurğulayan rektor hər iki bayramın Azərbaycanda böyük coşqu ilə keçirildiyini, bunun cəmiyyətimizdə milli və dini dəyərlərin vəhdətinə nümunə olduğunu deyib.

Daha sonra əməkdaşların və tələbələrin hazırladığı bayram guşələri ilə tanışlıq olub, festival iştirakçıları müxtəlif şirniyyatların dadına baxıblar.

Festivalda bayram tonqalı yandırılıb. Tələbələr tonqal ətrafında yallı gedib, müxtəlif rəqs nümunələri ifa edib, yumurta döyüşdürüblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
68
1
azertag.az

2Источники