RU

"Ziraat Bank" Azərbaycan “Qlobal Pul Həftəsi 2026” çərçivəsində maarifləndirici tədbir təşkil edib (FOTO)

Bakı. Trend:

“Qlobal Pul Həftəsi 2026” çərçivəsində Ziraat Bank Azərbaycantərəfindən təşkil olunan gənclərin maliyyə savadlılığınınartırılmasına yönəlmiş maarifləndirici tədbir çərçivəsində AtatürkLiseyinin 7-ci sinif şagirdləri bankın ofisinə dəvət olunublar.Onlar üçün xüsusi təlim proqramı keçirilib. Təlim zamanı şagirdlərəpulun düzgün idarə olunması, qənaət vərdişləri, büdcə planlaması,maliyyə təhlükəsizliyi və gündəlik maliyyə qərarlarının əhəmiyyətibarədə ətraflı məlumat verilib.

2026-cı il üzrə “Qlobal Pul Həftəsi”nin əsas mövzusu olan“Puldan danışaq” (Smart Money Talks) çərçivəsində gənclərin maliyyəmövzularında açıq ünsiyyət qurmasının vacibliyi vurğulanıb. Təlimzamanı iştirakçılar maliyyə ilə bağlı suallar verməyə təşviqedilib, düzgün qərarvermə bacarıqlarının formalaşdırılması vəgələcək maliyyə rifahının təmin olunması istiqamətində praktikibiliklər təqdim olunub.

Ziraat Bank Azərbaycan maliyyə savadlılığının artırılmasınısosial məsuliyyət istiqamətlərindən biri kimi prioritet hesab edirvə bu kimi təşəbbüslərlə cəmiyyətin, xüsusilə də gənc nəslinmaliyyə biliklərinin inkişafına dəstək göstərməyə davam edir.

"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik TürkiyəRespublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank,Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsulvə xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəyerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı,rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı BankınInstagram, X-platforması, Linkedin, YouTube sosial mediahesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edəbilərsiniz.

Избранный
63
50
az.trend.az

10Источники