RU

Ziraat Bank Azərbaycan “Qlobal Pul Həftəsi 2026” çərçivəsində maarifləndirici tədbir təşkil edib

(®) “Qlobal Pul Həftəsi 2026” çərçivəsində Ziraat Bank Azərbaycan tərəfindən təşkil olunan gənclərin maliyyə savadlılığının artırılmasına yönəlmiş maarifləndirici tədbir çərçivəsində Atatürk Liseyinin 7-ci sinif şagirdləri bankın ofisinə dəvət olunublar. Onlar üçün xüsusi təlim proqramı keçirilib. Təlim zamanı şagirdlərə pulun düzgün idarə olunması, qənaət vərdişləri, büdcə planlaması, maliyyə təhlükəsizliyi və gündəlik maliyyə qərarlarının əhəmiyyəti barədə ətraflı məlumat verilib.

2026-cı il üzrə “Qlobal Pul Həftəsi”nin əsas mövzusu olan “Puldan danışaq” (Smart Money Talks) çərçivəsində gənclərin maliyyə mövzularında açıq ünsiyyət qurmasının vacibliyi vurğulanıb. Təlim zamanı iştirakçılar maliyyə ilə bağlı suallar verməyə təşviq edilib, düzgün qərarvermə bacarıqlarının formalaşdırılması və gələcək maliyyə rifahının təmin olunması istiqamətində praktiki biliklər təqdim olunub.

Ziraat Bank Azərbaycan maliyyə savadlılığının artırılmasını sosial məsuliyyət istiqamətlərindən biri kimi prioritet hesab edir və bu kimi təşəbbüslərlə cəmiyyətin, xüsusilə də gənc nəslin maliyyə biliklərinin inkişafına dəstək göstərməyə davam edir.

"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ziraat Bank Azərbaycan “Qlobal Pul Həftəsi 2026” tədbiri maliyyə savadlılığı Azərbaycan gənclər üçün maliyyə təlimi Atatürk Liseyi şagirdləri bank təlimi pulun düzgün idarə olunması büdcə planlaması dərsləri qənaət vərdişləri inkişafı maliyyə təhlükəsizliyi maarifləndirmə Smart Money Talks 2026 gənclərdə maliyyə bilikləri sosial məsuliyyət layihələri banklar bank maarifləndirici tədbirlər Türkiyə Ziraat Maliyyə Qrupu Azərbaycanda bank xidmətləri 11 filial 1 şöbə rəqəmsal bankçılıq platformaları maliyyə təhsili proqramları bank sektorunda gənclərin inkişafı Mərkəzi Bank lisenziyalı banklar maliyyə qərarvermə bacarıqları bank sosial layihələr Azərbaycan
Избранный
55
50
marja.az

10Источники