RU

Kibertəhlükəsizlik sahəsində kadr hazırlığı: XRİTDX və Odlar Yurdu Universiteti əməkdaşlıq edəcək

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 mart, AZƏRTAC

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev Odlar Yurdu Universitetinin informasiya texnologiyaları laboratoriyaları, tədris mühiti və maddi-texniki bazası ilə tanış olub.

AZƏRTAC Dövlət Xidmətinə istinadla xəbər verir ki, general-leytenant İlqar Musayev universitetin rektoru professor Əhməd Vəliyev və Milli Məclisin deputatı Samir Vəliyev ilə birlikdə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Rektor Əhməd Vəliyev qonaqlara universitetdə kompüter mühəndisliyi, İT və informasiya təhlükəsizliyi sahələri üzrə kadr hazırlığı barədə məlumat verib. O, tələbələrin dövlət və özəl sektorun ixtisaslaşmış müəssisələrində istehsalat təcrübəsinə cəlb olunduğunu vurğulayıb.

Görüşün sonunda XRİTDX ilə Odlar Yurdu Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi general-leytenant İlqar Musayev və professor Əhməd Vəliyev imzalayıblar.

Memorandum Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”na uyğun olaraq yüksəkixtisaslı kadrların hazırlanmasını, informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində innovativ fəaliyyətin təşkilini, təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur.

Sənədə əsasən, XRİTDX-nin dəstəyi ilə universitetdə təhsil proqramları təkmilləşdiriləcək, tələbələr üçün praktika proqramları və ustad dərsləri təşkil olunacaq, həmçinin birgə laboratoriyalar yaradılacaq. Bu əməkdaşlıq sahə üzrə rəqabətqabiliyyətli mütəxəssislərin yetişdirilməsinə mühüm töhfə verəcək.

Qeyd edək ki, XRİTDX bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində mühüm layihələr həyata keçirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
43
1
azertag.az

6Источники